Azərbaycanın xarici siyasətində Ulu Öndər Heydər Əliyevin misilsiz rolu vardır
Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın qarşısında duran əsas məsələlərdən biri də milli mənafe əsas tutulmaqla xarici siyasət strategiyasının reallaşdırılması idi.
Ulu Öndər o zaman çıxışında qeyd etmişdir ki, Azərbaycanın sağlam, düşünülmüş, uzaqgörən xarici siyasəti olmalıdır. Bununla da Ümummilli Lider ölkəmizin xarici siyasət kursunun əsas müddəalarını müəyyənləşdirmiş oldu: “Elə xarici siyasət olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı defakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin.”
Məhz, Ulu Öndər siyasətinin əsasından biri də bir çox ölkələrlə düzgün əlaqələr qurulmasını təmin etmək idi. Qeyd edək ki, Azərbaycan və Türkiyə münasibətləri bu qardaşlıq-dostluq münasibətinin əsasını təşkil edirdi. Azərbaycan və Türkiyə dərin köklərə malikdir. 1994-cü ilin fevralında Heydər Əliyevin Türkiyəyə səfəri zamanı demişdir: “Türkiyə və Azərbaycan qardaş dövlətdir”. Azərbaycan müstəqillik qazanan zaman, bu müstəqilliyi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Heydər Əliyevin apardığı siyasətdə Türkiyə ilə münasibətlər “İki dövlət, bir millət” prinsipinə əsaslanmışdır. Azərbaycanın ilk səfirliyinin də məhz Türkiyədə açılması, 1991-ci il dekabrın 25-də Türkiyə ilə Naxçıvan arasında Araz çayı üzərində Ümüd körpüsün salınması, Azərbaycan “Əsrin müqaviləsi”-nin imzalanması, TRASEKA lahiyəsi, BTC kimi böyük lahiyənin imzalanması Azərbaycan və Türkiyə münasibətlərinin birlikdə inkişaf etdiyini göstərirdi.
Heydər Əliyevin xarici siyasətin istiqamətlərindən biri Qərb və Amerika üfüqləri idi. Heydər Əliyev bilirdi ki, Azərbaycanı dünya səviyyəsində inkişaf etdirmək üçün Qərb inkişafı və Amerika gücü lazımdır. Bunları nəzərə alan Heydər Əliyev siyasətində yeni bir dövr Qərb siyasəti dövrü başlandı. Əsas məqsəd Azərbaycanı sülhsevər, müstəqil dövlət kimi dünyaya tanıtmaq, dünya dövlətlərinin marağını Azərbaycana yönəltmək, Azərbaycanın təbii sərvətlərinə qarşı dünya dövlətlərində maraq oyatmaq idi.
1994-cü il sentyabrın 20-də Heydər Əliyevin neft sahəsində mühüm bir addım atdı. “Əsrin Müqaviləsi” adlanan mühüm bir kontarkt bağlandı. Azərbaycan, ABŞ, Norveç, Səudiyyə Ərəbistan, Rusiya, Böyük Britaniya, Türkiyə, Yaponiya kimi dünyanın inkişaf etmiş ölkələrinin 13 şirkətinin bu müqaviləyə qoşulması, Qərb dövlətlərinin azərbaycana qarşı marağının yaranması, Heydər Əliyevin “Yeni neft diplomatiyasının” qazandığı uğur idi.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.