Azərbaycanın inkişaf etmiş ölkələr sırasında layiqli yeri mövcuddur
Ölkəmizdə gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin, müstəqil Azərbaycanın təntənəsidir. Bu uğurun, inkişafın şəriksiz müəllifi Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevdir. Azərbaycanın yeni tarixinə həlledici zaman kəsiyi kimi daxil olmuş 1993-2003-cü illərdə ölkə sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığına da qovuşmuş, dünya birliyinə özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təqdim etmişdir. Bununla da çoxmilyardlı xarici investisiyanın ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-qaz sektoruna gəlişi təmin edilmiş, sürətli tərəqqiyə xidmət edən islahatlara start verilmiş, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur.
Məhz, oktyabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycanın Kosmik Agentliyinin “Azərkomos” və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi işinə başlayıb. Konrqesin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək. Bakı Konqresinə beynəlxalq maraq olduqca yüksək idi və kosmos sahəsində fəaliyyət göstərən iri şirkətlər tədbirə ciddi hazırlaşmışdılar. Qeyd edək ki, pavilyonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb. Həmin Konqresdə kosmos sahəsi üzrə ölkələr öz fəaliyyətlərini müzakirə etmiş və biznes əlaqələri yaratmışlar. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə etməklə Azərbaycanın və regionun akademik və biznes sahəsi üzrə kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yaratmaq üçün əla fürsət idi.
Onu da bildirək ki, qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi və siyasi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını zəmin yaratmışdır. Bununla zaman Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının nə dərəcədə doğru olduğunu, kifayət qədər uzaqgörənliklə müəyyənləşdirildiyini bir daha sübut etmişdir.
Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə və keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və Azərbaycan inkişaf etmiş ölkələr sırasında layiqli yerini daha da möhkəmləndirəcək.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi