Analitika

Azərbaycan xalqı tarixi anlara şahidlik etdi

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev oktyabrın 15-də Qarabağdakı işğalçı rejimin vaxtilə “paytaxt” hesab etdiyi  Xankəndi  şəhərində və 1992-ci  ildə 613 dinc sakinin qətlə yetirildiyi Xocalıda Azərbaycan   Bayrağını  ucaldıb. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür deyir. Bu günü biz 30 ildən çox gözləmişik. Ancaq hər birimiz əminəm və inanırdıq ki, bu gün gələcək.

Azərbaycan artıq regionda yeni geostrateji və geosiyasi reallıq yaradıb. Bu reallıqlar hüquqa,haqq-ədalətə tam uyğun həyata keçirilib. Biz öz ərazi bütövlüyümüzü haqlı olaraq təmin edib, tarixi ədalətə nail olmuşuq. Bütün bu prseslərin fonunda Ermənistanın üzərinə məsuliyyət düşür. Ermənistan öz öhdəliklərini icra etməli, üçtərəfli bəyanatın tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır. Xankəndində şanlı tariximizin böyük şəxsiyyətlərindən olan Prezident İlham Əliyev xalqımıza böyük qələbə sevincini yaşatdı. Bayrağımızı artıq əzəli və əbədi torpaqlarımızda- Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla bütün dünyaya bəyan etdi.

Xankəndi Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdir. Bu gün isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev münaqişə sonrası Qarabağda aparılan bərpa işlərində görünməmiş əzm və səbir nümayiş etdirir. 30 il səbr edib sonunda şəhid qanları bahasına tam suverenliyinə qovuşan ölkəmiz Xankəndinin də sabahının daha aydın və daha şəffaf olacağından əmindir. İşğal dövründə normal inkişafdan geri düşmüş regionun yenidən bərpasına başlayan və öz əzəli sakinlərinə qovuşması üçün  dövlətimiz böyük səylər göstərməkdədir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button