Analitika

Azərbaycan xalqı heç vaxt ona qarşı edilən haqsızlıqlara boyun əyməz və göz yummaz

“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir.Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm də torpaq üzərində yaşayan insanların qurduqlarına, yaratdıqlarına görə və bu günkü nəsillərə çatdırdıqlarına görə Azərbaycanın qiymətli bir diyarıdır,qiymətli bir hissəsidir “. Ulu öndər Heydər Əliyevin bu sözləri zəngilanıların yaddaşında daima yaşayacaq. Vaxtı ilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün və uzaqgörən enerji və iqtisadı strategiya Azərbaycan dövlətinin siyasi və iqtisadi baxımdan müstəqilliyini, müasir cəmiyyət quruculuğunu təmin etdiyi kimi, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini yüksək səviyyədə və sürətlə aparmağa imkan verir. Azərbaycan dövləti kənardan heç bir yardım olmadan, öz gücünə işğaldan azad olunmuş əraziləri yenidən qurur, nəhəng infrastruktur layihələri reallaşdırır.

Artıq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana Horadizdən yol da çəkilir. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Zəngilanda Hava Limanın tikilib istifadəyə verilməsi eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq. Belə ki, Zəngəzur dəhlizinin açılması növbəti tarixi nailiyyətimizdir və Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan bu nəqliyyat arteriyası nəinki region ölkələri, eyni zamanda geniş anlamda iqtisadi fəallığı təmin edəcək.Zəngilanın azad olunması, onun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsi üçün imkanlar yaratdı. Zəngilanda Beynəlxalq Hava Limanının təməli qoyulub. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Yeni hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlı bu günü oktyabrın 20-ni Zəngilan şəhəri günü kimi qeyd edəcəyik. Qarabağ Azərbaycandır!

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button