Azərbaycan və Tacikistanın əməkdaşlığının yeni formatı xalqlarımızın daha yaxınlaşmağına zəmin yaradacaq
Doğrudur ki, hər bir subyektin dostluq bağlarının ölçüləri ona məkan olaraq daha yaxın olan subyektlərə münasibətilə bilinir.
Hal- hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin strateji üstünlüyü onun dostluq, ədalət, humanizm və digər müsbət prinsiplərinə əsaslanır. Yanılmırıq ki, mövcud iqtisadi dövrdə regionda əsas söz sahibi kimi dövlətimizin prioritet bir haqqı vardır.Təbii ki, bu hal dövlətimizə düşmən olan ünsürlər üçün heç də xoş təsir etmir.Məhz buna görə onlar hər situasiyada bizə qarşı öz riyakar siyasətlərindən əl çəkmək kimi düşüncə tərzini qəbul etmək istəmirlər.Lakin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyev keçdiyi böyük siyasi kursun töhfəsinə sadiq qalaraq əsl lider funksiyalarını həyata keçirərək bu cür xoşagəlməz ünsürlərin niyyətini öz siyasi strategiyası ilə yararsız hala salır.
Bu gün dövlətimizin hərbi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurların mənbəyi Ali Baş Komandanın qərəzsiz siyasətidir.Bunun nəticəsi olaraq dövlətimizin dostluq və qardaşlıq prinsipləri başlıca prinsiplər siyahısında olub və bunun əsasında dost ölkələrin sayının getdikcə artımına şahidi ola bilərik.Xüsusən də, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas üzvlərindən olan dövlətimizin, hər bir dostluq münasibətlərində olduğu kimi, burada da mühüm funksional mövqeyi mövcuddur.Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri ölkəmizin potensial gücünü, dünya arenasında daim böyük heyrətlə sərgiləməkdədir.
Hər zaman olduğu kimi regionda tarixi qardaşlıq münasibətlərimizin qurulmuş olduğu respublikalarla bu münasibətlər daim ikitərəfli formada inkişaf edir və ölkəmizin hər bir sahəsində bu inkişaf öz təsirini göstərməkdədir. Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə Respublikamızın Prezidentinin fəxri qonaq qismində iştirakı Mərkəzi Asiya ölkələri ilə dostluq bağlarımızın bariz nümunəsidir. Burada Mərkəzi Asiya ölkələrinin dövlət başçıları cənab Prezident İlham Əliyevin fəxri qonaq kimi iştirakından böyük məmnuniyyət hissi keçirdiklərini qeyd ediblər. Bu Məşvərət görüşündə ölkə başçısı çıxış edərək , Azərbaycan və Mərkəzi Asiya ölkələrinin xalqlarının çoxəsrlik qardaşlıq münasibətlərini, ortaq mədəni köklərini, dövlətlərarası əlaqələrin möhkəm bünövrə təşkil etdiyini,Mərkəzi Asiya və Azərbaycanın artan iqtisadiyyatını, demoqrafiyasını, geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətini qeyd etmişdir. Həmçinin, ölkə başçısı, çıxışında, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından olan ticarət və sərmayələrin artımının perspektivliyini, birgə yaradılmış sərmayə fondlarını, nəqliyyat və logistika sahəsinin münasibətlərdə mühüm yer tutmasını,Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun tərəfimizdən müasirləşdirilməsini, Şərq-Qərbi dəhlizinin rəqəmsallaşdırılmasını, üzərində fəal çalışılan “Rəqəmsal İpək Yolu” layihəsini və bir sıra məsələləri qeyd etmişdir.
Bu və digər məsələlər, ölkə başçısının intensiv siyasi fəaliyyətinin unikallığıdır və əminliklə deyə bilərik ki, bu intensiv fəaliyyət, ölkəmizin hər gün davamlı inkişafına prioritet səbəbdir.
Leyla Fətəliyeva,
YAP-ın fəalı