AnalitikaGündəmSiyasət

Azərbaycan və Pakistan arasında diplomatik əlaqələr güclü şəkildə inkişaf edir

24 fevral 2025 -ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin görüşü olub. Görüşdən sonra Cənab İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuatla görüşüb və bəyanatlarla çıxış ediblər. Ölkə başçımız : Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdığını deyib. Ölkə başçımız İlham Əliyev iki qardaş ölkə arasında beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi olacağımızı qeyd etdi : Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik .

Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirir. Qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsi dövründə Pakistanın Azərbaycana verdiyi güclü siyasi dəstək strateji əlaqələrin əsas sütunlarından biridir. Həmçinin görüş zamanı Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağa hazır olduğunu bəyan etdi. Bu, iki ölkə arasında ticarət dövriyyəsini artırmaqla yanaşı, uzunmüddətli iqtisadi əlaqələri gücləndirəcək. Azərbaycan və Pakistan arasında diplomatik əlaqələr güclü şəkildə inkişaf edir.

Pakistan baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Pakistan nümayəndə heyəti ilə görüşü zamanı vurğulayıb ki, Azərbaycan Pakistanda müxtəlif sahələrə ən azı 2 milyard dollar həcmində sərmayə yatırmağa hazırdır. Bu investisiyalar neft və qaz ehtiyatlarının kəşfiyyatı, alternativ enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılması kimi strateji istiqamətləri əhatə edəcək ki, bu da hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək. Azərbaycan və Pakistan liderlərinin iştirakı ilə keçirilən biznes forumda qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə olunub. Bu görüş iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə əlverişli imkanlar yaradacaq.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button