
2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı iki ölkə arasındakı münasibətlərin nə qədər güclü və strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Prezident Əliyev bəyanatında Azərbaycan ilə Özbəkistanın dostluq əlaqələrinin tarixən dərin köklərə dayandığını və hazırda əməkdaşlığın yeni mərhələyə keçdiyini vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuat qarşısında bəyanatla çıxış edərək, Prezident Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfərini yüksək qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, bu səfər iki xalq arasında əsrlərə söykənən qardaşlıq münasibətlərinin müasir mərhələdə strateji müstəviyə keçdiyinin göstəricisidir. Azərbaycan və Özbəkistanın dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır.
Özbəkistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır.
Azərbaycan da bütün məsələlərdə Özbəkistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər.
Həsənova Səbinə,
YAP-ın fəalı