Analitika

Azərbaycan və İran arasındakı münasibətlər regional və qlobal siyasətdə ciddi rol oynayır

Geosiyasi transformasiyaların və dünya düzəninin sürətli dəyişikliklərin baş verdiyi müasir şəraitdə, Azərbaycan və İran arasındakı əlaqələrin diqqət cəlb edən xüsusiyyətləri mövcuddur. Əhəmiyyətli geostrateji zonalarda yerləşən bu iki dövlət zəngin tarixə malikdir və onların qarşılıqlı əlaqəsi, regionlarında və bütövlükdə dünyada baş verən hadisələrə dərin təsir göstərə bilər.Bu gün iki ölkə arasında münasibətlərin diplomatik aspekti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə diplomatik əlaqələr uğurla davam etdirilir.

Prezident İlham Əliyevin cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı deyib: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür”.Bəli, hər iki hidroqovşağın inşası uzun tarixi mübarizənin və gərgin əməyin nəticəsidir.Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi bir daha göstərdi ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir. Ümumilikdə, Azərbaycan və İran arasındakı münasibətlər regional və qlobal siyasətdə yeni reallığın formalaşmasında ciddi rol oynayır.

Rəsmiyyə Məmmədova,
YAP Şuşa rayon təşkilatın 16 nömrəli ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button