Analitika

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib

Ölkə başçımızın ölkəmiz üçün etdiyi işlərin və işgüzar səfərləri ardı-arası kəsilmir. Bu dəfə cənab prezident ikinci Qarabağ müharibəsi zamanı beynalxalq təşkilatlarda həmişə Azərbaycanın ərazi bütövlüyünü bəyan etmiş Gürcüstana  səfər etmişdir. Səfər Gürcüstanın Tbilisi şəhərində baş tutmuşdur. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin öz çıxışında Azərbaycanla əməkdaşlıq əlqalərini möhkəmləndirəcəyini bəyan etmişdir. O, Gürcüstanın Azərbaycanla iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il bizim ticarətimiz 15 faiz artmışdır. Ötən il rekord göstəricilərimiz olmuşdur. Yüklərin daşınması baxımından da həcm əhəmiyyətli dərəcədə artmışdır.

Ölkəmiz Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur.  Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyi dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda, keçirilən konfranslarda və digər rəsmi mərasimlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Çünki reallıq qəbul edilməlidir. Təəsüf ki, hələ də çox dövlətlərə suveren əraziləri olan ölkənin ərazilərini tanımaq xoş gəlmir. Ola bilər, tarixən hər zaman zərbə altında olublar deyə müstəqil ölkələrin, dostluqların olduğunu həzm edə bilmirlər.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button