AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin münasibətlərində yeni mərhələ başlayır

Dövlətimizin başçısı cənab  Prezident  İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Xinhua agentliyinə verdiyi müsahibədə ölkəsinin beynəlxalq əlaqələri, enerji siyasəti və iqtisadi inkişafı ilə bağlı mühüm açıqlamalar verib.Cənab Prezident İlham  Əliyev, Azərbaycan və Çin arasında 2015-ci ildə imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin qurulmasına dair Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın inkişafını yüksək qiymətləndirib. Azərbaycanın nəqliyyat infrastrukturuna etdiyi sərmayələr sayəsində ölkənin beynəlxalq tranzit mərkəzinə çevrildiyini qeyd edib. Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında ən qısa nəqliyyat marşrutu olduğunu vurğulayıb. 2018-ci ildə bu marşrutla Çinlə Mərkəzi Avropa arasında 19 yük qatarı göndərildiyini bildirib. Cənab Prezident İlham  Əliyev, Azərbaycan və Çin arasında 2015-ci ildə imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin qurulmasına dair Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın inkişafını yüksək qiymətləndirib. Azərbaycanın nəqliyyat infrastrukturuna etdiyi sərmayələr sayəsində ölkənin beynəlxalq tranzit mərkəzinə çevrildiyini qeyd edib. Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında ən qısa nəqliyyat marşrutu olduğunu vurğulayıb. 2018-ci ildə bu marşrutla Çinlə Mərkəzi Avropa arasında 19 yük qatarı göndərildiyini bildirib. Cənab Prezident İlham  Əliyev, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşlığı statusunun əldə edilməsini ölkələr arasında güclü qarşılıqlı iradənin göstəricisi kimi qiymətləndirib. Azərbaycanın bu təşkilatın üzv ölkələri ilə yaxşı və dost münasibətlərə malik olduğunu vurğulayıb. Ölkənin coğrafi mövqeyinin, xüsusən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsinin, əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Çin, Azərbaycan üçün mühüm ticarət tərəfdaşıdır. Hər iki ölkə arasında ticarət mübadiləsi sürətlə artmışdır. Çin Azərbaycana əsasən texnologiya, maşınqayırma, elektronika, tikinti materialları və digər sənaye məhsulları ixrac edir, Azərbaycan isə Çin bazarına neft, qaz, pambıq və digər təbii resurslar ixrac edir. Cənab Prezident İlham  Əliyev, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etməsinin ölkə üçün son illərin ən mühüm nailiyyəti olduğunu bildirib. Bu prosesin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qətnamələri əsasında həyata keçirildiyini vurğulayıb.Cənab Prezidentin müsahibəsi, Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını göstərir. Azərbaycan-Çin münasibətləri üçün əhəmiyyətli bir mərhələdir. Bu cür sənədlər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, yeni əməkdaşlıq sahələrinin inkişafına şərait yaradır. Həmçinin, bu cür bəyannamələr, iki tərəf arasında strategiyaların uyğunlaşdırılması, qarşılıqlı maraqların təmin edilməsi və qarşılıqlı dəstəyin artırılması baxımından vacibdir.

Ramin Əliyev,
Yeni Azərbaycan partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button