Analitika

Azərbaycan tarixində Zəfərə aparan yolun başlanğıcı

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən hər il sentyabr ayının 27-si torpaqlarımızın azadlığı uğrunda,Vətən uğrunda şəhid olan 2908 hərbi qulluqçunun Anım günüdür.Bu gün bütün şəhər və rayonlarda,o cümlədən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının müstəqilliyi,ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin,şəhidlərimizin xatirəsi böyük ehtiram və qürur hissi ilə yad edilir.Bu gün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında silsilə tədbirlər təşkil edilir,həmçinin xarici ölkələrdə anım mərasimləri həyata keçirilir.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri  səhər saatlarından etibarən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmuşdur.44 gün davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri böyük şücaət göstərmişdir.Ordumuza qarşı tab gətirə bilməyən ermənilər amansız təxribatlara əl atır, Gəncə və Bərdə kimi böyük şəhərlərimizi və orada yaşayan mülki əhalini hədəf alırdılar.Lakin nə qədər çalışsa da,düşmən nə ordumuzun,nə də xalqımızın əzmini və iradəsini qıra bilməmiş və sonda məğlubiyyətə düçar olmuşdur.Azərbaycan ordusu və xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək düşmənə ağır zərbə endirdi və 26 il işgal altında qalan torpaqlarımızı işgaldan azad etdi.

Vətən müharibəsi bizim şanlı tariximiz,veteranlar,qazilər və şəhidlər bizim qürur mənbəyimizdir.Xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir,bütün şəhidlərimizin xatirəsini uca tutur.Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi,şəhid ailələri və qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir.

Abbasova Zərxanım,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button