Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixindəki Düşənbə səfəri Azərbaycan-Tacikistan münasibətlərinin inkişafını daha da sürətləndirəcək. Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycanla Tacikistanın həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının hərtərəfli genişlənməsinə geniş imkanlar yaradacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Türk dünyası ölkələri yaxşı bilirlə ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Bu gün məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri, Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilir və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olur. Eyni zamanda, bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Hər iki ölkənin dövlət başçısı həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetirir. Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə hər iki ölkənin qarşılıqlı əməldaşlığı ildən-ilə daha da genişlənməyə davam edir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Tacikistana son səfəri də Azərbaycan-Tacikistan əlaqələrini yeni səviyyəyə yüksəltməklə yanaşı, həm də hər iki ölkə xalqlarının rifahının daha da yaxşılaşmasına, dövlətlərimizin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi