Analitika

Azərbaycan rəhbərliyinin apardığı müdrik siyasət

Azərbaycan tarixən birgə yaşayış modelinin universal nümunəsi olub. Bu gün də Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır və xalqların birgəyaşayışı üzrə nümunə təqdim edir.

Bu günlərdə bütün dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bakıya 110 ölkənin 700 nümayəndəsinin gəlməsi Forumun möhtəbərliyindən və nüfuzundan xəbər verir. Azərbaycan belə bir Forumu keçirməklə etnik, mədəni, dini amillərdən irəli gələn ziddiyyətləri aradan qaldırmağa, mədəniyyətlərarası dialoqu təşviq etməyə çalışır.Azərbaycanda doğrudan da müxtəlif dinləri, müxtəlif mədəniyyətləri təmsil edən insanlar bir yerdə yaşayır, işləyirlər. Cəmiyyətimizin çox sağlam dayaqları var. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, dəstək üzərində qurulub. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq toplantılar, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir.

Bütün bunlar isə Azərbaycan qanunları ilə tənzimlənir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan, ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu, qanunda öz əksini tapır.Bu bir daha Azərbaycan rəhbərliyinin apardığı müdrik siyasətin göstəricisidir.

Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanda tolerantlığın, multikulturalizmin yüksək səviyyədə olması, hələ də bəzi Avropa dövlətlərinin neokolonializm siyasəti həyata keçirdiyi və digər xalqlara müstəmləkə kimi yanaşmaları barədə çıxış etdi. Ölkə başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu, kütləvi informasiya vasitələrində ətraflı işıqlandırıldı.Dünyanın hər yerində prezident İlham Əliyevə böyük sayğı və ehtiram vardır. Bunun səbəbi İlham Əliyevin müdrikliyi, humanistliyi, yüksək, insanpərvərliyi və öz siyasi xəttində ali və insani dəyərləri rəhbər tutmasıdır.

Fikrət Mikayılov,
YAP Şuşa rayon təşkilatının 27 nömrəli ərazi partiya təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button