Azərbaycan MDB ilə əməkdaşlığa böyük önəm verir
Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox bağlıdırlar. Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə uzanır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Soydaşlarımız əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar.
Qeyd edək ki, oktyabr ayının 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin iclasda iştirak etmişdir. Görüşdə Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak etmişdilər. İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət yetirilmiş, terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın gücləndirilməsinə dair qərarların qəbul edilmişdir.
Məhz, Azərbaycanla MDB arasında iqtisadi sahədə əməkdaşlıq imkanları daha genişdir. Eyni zamanda, son illərdə Azərbaycanın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütövlükdə MDB məkanı üçün geniş perspektivlər vəd edir.
Təsadüfi deyil ki, MDB-yə daxil olan ayrı-ayrı dövlətlər bəhs olunan layihələrin yaratdığı imkanlardan bəhrələnməklə bağlı niyyətlərini bildiriblər. Azərbaycanın həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərindən biri də ondan ibarətdir ki, respublikamız MDB-yə daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə də böyük önəm verir. Belə rasional siyasətin nəticəsidir ki, respublikamızın MDB-də təmsil olunan ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli münasibətləri formalaşıb.
Azərbaycanın keçmiş ittifaqa daxil olan dövlətlərin yaratdığı Müstəqil Dövlətlər Birliyində uğurlu təmsilçiliyi xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində baş tutub. Azərbaycanın həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərindən biri də ondan ibarətdir ki, respublikamız MDB-yə daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə də böyük önəm verir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məlhətçisi.