Analitika

Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur

MDB çərçivəsində fəaliyyət İlham Əliyevin də xarici siyasətinin prioritet istiqaməti olmuşdur. Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur. Heç şübhəsiz, MDB Dövlət Başçıları Şurasının iclası narazılıqların və ziddiyyətli məqamların nəzərdən keçirilməsi baxımından yaxşı platformadır. O anlamda ki, ümumən tərəflərin bir-biri ilə danışıq aparması, bir sıra məsələlərdə ortaq baxışları müəyənləşdirməsi müsbət haldır.

Oktyabrın 13-də isə Prezident İlham Əliyev Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunub. Dövlət başçısının çıxışı zamanı söylədiyi fikirlər Azərbaycanın MDB məkanındakı nüfuzunu bir daha təsdiqləyir. MDB-də Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlərlə koordinasiyal şəkildə fəaliyyət ölkələrimizin bu qurum daxılində söz sahibi olmaq imkanlarını artırmaqla yanaşı, milli təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın inkişafına da zəmin yaradır. Cənab Prezident də MDB dövlət başçıları şurasının 13 oktyabr tarixində Bişkekdə keçirilən iclasındakı çıxışı zamanı bu məqama toxunaraq Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, ölkəmizin Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başladığını, eləcə də əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradıldığını xüsusi olaraq qeyd etdi.  Bundan başqa, iclasda Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı, həmçinin qarşılıqlı səfərlər zamanı əldə olunmuş razılaşmaların yerinə yetirildiyi də vurğulanıb. Bütün bunlar, eləcə də dövlət başçımızın MDB ölkələrinin liderləri ilə səmimi münasibəti gələcək inkişaf üçün mühüm perspektivlər vəd edir. Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı  faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş  və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir.

Dövlət başçısının sözlərinə görə, humanitar sahə MDB çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığın inkişafına böyük töhfə verir: “Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarıma minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq”. Bişkək görüşü həm də üzv dövlətlərin 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə Azərbaycanın namizədliyini dəstəkləməsi ilə yadda qaldığını xüsusi olaraq vurğulamaq olar.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button