AnalitikaGündəmSiyasət

Azərbaycan-Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Xarici siyasətdə qarşılıqlı hörmət, suverenliyə ehtiram və ortaq maraqlara əsaslanan əməkdaşlıq prinsipləri mühüm yer tutur. Laosla münasibətlərin inkişafı bu yanaşmanın konkret nümunəsidir.

Oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. Görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olunub, gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib. Qəbul edilən Birgə Bəyanat qarşılıqlı münasibətlərin inkişafı üçün mühüm siyasi sənəd kimi çıxış edir.

İki ölkə arasında 30 ildən artıq müddətdə qurulmuş diplomatik əlaqələr siyasi dialoqun davamlılığını nümayiş etdirir. Azərbaycan və Laos beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərir, parlamentlərarası münasibətləri inkişaf etdirir və dostluq qruplarının fəaliyyətinə əhəmiyyət verirlər.

Prezident İlham Əliyev iqtisadi münasibətlərin mövcud siyasi əlaqələrin səviyyəsinə uyğun genişləndirilməsinin vacibliyini vurğulayıb. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, energetika, kənd təsərrüfatı və mədənçilik sahələrində əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasəti yeni tərəfdaşlıqların qurulmasını və mövcud əlaqələrin daha səmərəli istiqamətlərdə inkişafını nəzərdə tutur. Laosla münasibətlərin genişləndirilməsi ölkəmizin Asiya regionundakı əlaqələrinin möhkəmlənməsinə töhfə verə bilər. Prezident İlham Əliyevin təşəbbüsləri siyasi dialoqun iqtisadi və humanitar əməkdaşlıqla tamamlanmasına yönəlib.

Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button