Analitika

Azərbaycan-İran əlaqələrinin yeni dövrü

Məlum olduğu kimi, Azərbaycan və İran arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır.Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.

Bir neçə gün öncə “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir.Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

Əminliklə deyə bilərik ki,Azərbaycan-İran əlaqələrinin yeni bir dövrü başlayır. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, imzalanan sənədlər münasibətlərin inkişafına fayda verəcək.Xüsusilə nəqliyyat-kommunikasiya əlaqələri sürətlə inkişaf edəcək, qarşılıqlı investisiya qoyuluşu daha da artacaq və ticarət dövriyyəsi genişlənəcək.

Rafiq Kalbalıyev,
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button