Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir
Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox bağlıdırlar. Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə uzanır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Soydaşlarımız əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar.
Hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanıb.”Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur.”Cənab Prezident İlham Əliyev öz çıxışında bildirib.
Qırğızıstan Ermənistan- Azərbaycan, Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib,münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. 1994- ilin may ayında MDB- nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə də məhz Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb.
Bütün bunlar onu deməyə əsas verir ki,diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan- Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı fayda tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət- iqtisadi, elmi- texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi