AnalitikaGündəmSiyasət

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılmışdır. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərirlər. Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olmuşdur. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar.

Cənab Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana rəsmi səfəri iki qonşu, dost dövlət arasında əlaqələrin daha da sıxlaşması baxımından olduqca əhəmiyyətlidir. Səfər zamanı keçirilən görüşlər buradan verilən bəyanatlar çox mühüm məsələləri özündə ehtiva edir. Qonşu Gürcüstanla ölkəmiz arasında əməkdaşlıq davamlı xarakter daşıyır. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri getdikcə daha da güclənir. Bu kimi ənənəvi görüşlər ölkələri və xalqların daha da yaxınlaşmasında mühüm önəm kəsb edir. Azərbaycan və gürcü xalqı arasında olan yüksək münasibətlər Cənubi Qafqazın ümumi inkişafına da müsbət təsir edir. Əsrlər boyu mövcud olan mehriban qonşuluq, dostluq hər iki ölkənin əlaqələri daha yüksək səviyyədə təmin etməsində başlıca amil hesab edilir.

Bütün bunlarla yanaşı Azərbaycanla Gürcüstan arasında mədəni-humanitar əməkdaşlıq da yükəsk səviyyədədir. Gürcüstanda 233 min soydaşımız yaşayır və onlar bu ölkənin mədəni istisadi, siyasi həyatında aktiv formada təmsil olunur. Eyni zamanda Ulu Öndər Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr var. Tbilisidə Ulu Öndər  Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə mövcuddur. Ulu Öndərin Gürcüstanla əlaqələrə vermiş olduğu böyük önəm bu gün ən yüksək formada tərənnüm edilir. Həmçinin Gürcüstanda azərbaycanlılara aid Ulu Öndər  Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də fəaliyyət göstərir ki, bunlar bütün sahələrdə əlaqələrin və qarşılıqlı hörmətin bariz nümunəsi hesab olunur”.

Aygün Abbasova,
Sabunçu qəsəbəsi,
170 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button