Analitika

Azərbaycan günü-gündən inkişaf etməkdədir

Prezident İlham Əliyevin xarici siyasətindəki uğurları dünya ölkələrinin də maraq dairəsindədir. Nəticə isə göz qabağındadır. Azərbaycan bir çox konfranslara, tədbirlərə və digər rəsmi mərasimlərə ev sahibliyi edir. Bunlardan biri də 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsidir. Unutmamalıyıq ki, Azərbaycan müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib. Tarixə nəzər salsaq, tam 50 il öncə 1973-cü ildə ilk Beynəlxalq Astronavtika Konqresi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə keçirilib. 50 il sonra yenidən Azərbaycanın ev sahibliyi etməsi böyük məna kəsb edir.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.

Bakıda keçirilən bu konqres mühüm məna daşıyır. Azərbaycanın həm xarici siyasətində yerinin harada olduğunu , həm də ölkəmizdə müasir texnologiyaların inkişafının tətbiqlərinin hansı pillədə olduğunu sübut edir. Sözsüz , bu konqresin keçirilməsi müasir texnologiya və innovasiya sektorlarının inkişafına mühüm təkan verəcək. Bu konqresdə 100-dən artıq ölkəni təmsil edən 5000 iştirakçının olmasının müsbət tərəfləri haqda danışsaq ilk deməliyik ki , onlar Azərbaycan mentalitetinin , mədəniyyətinin, novatorluğa addım atmasını daha yaxından gördü. Düşünürəm ki , belə rəsmi mərasimlərə ev sahibliyi etməyimiz bizim siyasi elitada daha da inkişaf etdiyimizi göstərir. Sözsüz, özümüzü sübut etməyə ehtiyacımız yoxdu. Reallıq və tarix bizdən yanadırsa, haqqımızda mənfi rəy söyləyənlər bir tarixlərindəki gerçəkliyə baxmalı , sonra Azərbaycan haqda fikir bildirməlidir.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button