Analitika

Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı

Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Bolqarıstandır.Azərbaycan-Bolqarıstan münasibətləri bugün yüksələn xəttlə inkişaf edir. Hər iki ölkə müstəqil xarici siyasət yürüdür və bir-bir ilə daima qarışılıqlı yaxın təmasdadırlar. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Bolqarıstan dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər.

Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri zamanı bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna diqqət yönəldildi. Əgər əvvəllər Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməyə yeni başlayanda ölkənin qaz mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcəyinə şübhə ilə yanaşan müəyyən dairələr var idisə, bu gün vəziyyət kəskin şəkildə dəyişib. Azərbaycanın qlobal enerji bazarında əvəzolunmaz oyunçulardan biri kimi statusu ardıcıl olaraq möhkəmlənir.Ölkələr arasında əməkdaşlıqda enerji amilinin rolunu Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafında bir daha aydın gördük. Belə ki, cənab İlham Əliyev mətbuata bəyanatında “Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır” söyləyərək bunun əsas səbəbi kimi enerji sektorundakı əməkdaşlığı qeyd etdi.

Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmışdır ki, onlardan biri iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamədir. Azərbaycan və Bolqarıstan arasında ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin iki ölkə arasında ticarət dövriyyəsinin də artmasına səbəb olacağı gözlənilir.İki ölkə arasında müdafiə sənayəsi sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük perspektivlər mövcuddur.

Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının 33 nömrəli ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button