Azərbaycan artıq orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir
Azərbaycan… Yüz illərlə davam edən hücümlara, istilalara, işğallara, haqsızlıqlara baxmayaraq, əyilmədik, yıxlmadıq, sınmadıq. Dircəldik, inkişaf etdik, yüksəkdik, yüksəldikcə yüksəkdik, səsimiz, günümüz, adımız kosmosa kimi gedib çatdı. 30 illik müharibə dövründə işğal altında olan torpaqlarımızı, ucub – dağıdılmış evlərimizi, viranə qalmış yurdlarımızı, zaman – zaman peyk vasitəsi ilə izləyərək o torpaqlara qayıdacağımız günə ümidlə yaşadıq və o gün gəlib çatdı. Biz artıq bütov bir Azərbaycan olduq, tam olduq. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən başlayaraq, ata vəsiyyətini yerinə yetirən Cənab prezident, Ali Baş komandan İlham Əliyevin siyasəti “Dəmir Yumruq”, ordu xalq birliyinin gücü ilə davam etməkdədir.
Milli Kosmik Sənayenin yaranması Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə baş vermiş mühüm hadisədir. Yaranan bütün çətinliklərə baxmayaraq yarım əsr bundan əvvəl 1973-cü ilin oktyabrında ilk dəfə Bakıda 24-cü Beynəlxalq Astronavtika konqresinin keçirilməsi bunu əyani şəkildə sübut edir. “Müasir Azərbaycan dövləti dövləti sürətlə, hərtərəfli, inkişaf edir və biz artıq kosmik klubun üzvüyük” İlhamam Əliyev deyib.
Azərbaycan artıq orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. İnformasiya – kommunikasiya texnologiyasının inkişafı uğurlu gələcəyimizin təminatıdır. “Azerspace 2″nin orbitə buraxılması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ardıcıl, tarixi naliyyətinin davamı, Azərbaycanın gücünün, nüfuzunun artmasının sübutudur.50 ildən sonra paytaxtımız ikinci Astronavtika konqresinə ev sahibliyi etdi. Azərbaycanda müasir texnologiyanın geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmişdir.
Leyla Fətəliyeva,
YAP-ın fəalı