Azad Şuşa

Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfərləri dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Son üç ildə gündəmin əsas mövzularından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri olur.Dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün zəruri addımları atır. İmzalanan hər bir sənəd bu hədəfin tamamilə gerçəkləşməsinə xidmət edir.
Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Şuşada ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. «Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək» söyləyən Prezident İlham Əliyev bildirib ki,Şuşanın dirçəldilməsi geniş vüsət alıb.« Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə – çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar» .
Bu gün Azərbaycan xalqının verdiyi vədlərə sadiq qalan Prezidenti var. Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb.Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
Gülnar Qurbanova,
YAP Şuşa rayon təşkilatının 22 nömrəli ərazi partiya təşkilatının sədri



