Analitika

Prezident İlham Əliyev Xankəndində Azərbaycan bayrağını ucaltmaqla xalqımıza növbəti sevinci yaşatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qarbağ bölgəsinə səfəri zamanı Xankəndində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaltdıqdan sonra Prezident cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Artıq Torpaqlarımızı geri qaytarmışıq və ərazi bütövlüyümüzü bərpa etdik.

Qeyd edək ki, səfər zamanı çıxış edən cənab Prezident  İlham Əliyev bəyan etdi ki, Xankəndində olmağımızın əsas səbəbkarı olan Azərbaycan xalqıdır. Məhz, 2003-cü il oktyabrın 15-də müdrik qərarı ilə İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yolunun təməlini qoydu. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev xalqa müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Elə də oldu, ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələr sırasına daxil oldu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

Bütün dünya hal-hazırda Azərbaycanla hesablaşır. Azərbaycan güclü dövlətə çevrilib və qüdrətli, yenilməz Ordumuz mövcudddur. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Son 20 ilə nəzər salsaq Azərbaycanın əldə edilmiş uğurları o qədər çoxdur yazmaqla bitməz.

Azərbaycan artıq regionda yeni geostrateji və geosiyasi reallıq yaradıb. Bu reallıqlar hüquqa,haqq-ədalətə tam uyğun həyata keçirilib. Biz öz ərazi bütövlüyümüzü haqlı olaraq təmin edib, tarixi ədalətə nail olmuşuq. Bütün bu prseslərin fonunda Ermənistanın üzərinə məsuliyyət düşür. Ermənistan öz öhdəliklərini icra etməli, üçtərəfli bəyanatın tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır.

Xankəndində şanlı tariximizin böyük şəxsiyyətlərindən olan Prezident İlham Əliyev xalqımıza böyük qələbə sevincini yaşatdı. Bayrağımızı artıq əzəli və əbədi torpaqlarımızda- Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla bütün dünyaya bəyan etdi.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatını məsləhətçisi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button