AnalitikaGündəmSiyasət

Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı Azərbaycanın göstərdiyi prinsipial mövqe bir daha dövlətçilik iradəmizi sübut etdi

“Prezidenti İlham Əliyevin AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza etməsi ilə bağlı müsahibəsi hadisənin təfərüatları barədə ictimaiyyətdə aydın təsəvvür yaratmış oldu. Azərbaycan hökuməti qəzadan dərhal sonra beynəlxalq ekspertlərdən ibarət qrupun araşdırma aparmasını tələb etmiş və Dövlətlərarası Aviasiya Komitəsinin bu işə cəlb edilməsini rədd etmişdir. Bu mövqe Azərbaycanın məsələyə obyektiv və şəffaf yanaşma tələbinin göstəricisi idi. Rusiya tərəfinin əvvəlcə “qaz balonu partlayışı” və “quş toqquşması” kimi əsassız versiyalar irəli sürməsi isə həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq müstəvidə ciddi tənqidlərə səbəb olmuşdur”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, hadisə yalnız Azərbaycan və Rusiya münasibətlərində deyil, həm də regiondakı təhlükəsizlik və əməkdaşlıq modelində yeni suallar doğurur. Azərbaycanın qəza ilə bağlı prinsipial mövqeyi regionda hər bir ölkənin beynəlxalq hüquqa uyğun hərəkət etməsi və məsuliyyət daşıması zərurətini bir daha xatırladır. Azərbaycan-Rusiya münasibətləri bu hadisədən sonra müəyyən bir gərginlik yaşasa da, hər iki tərəf bu situasiyanı düzgün idarə edərək etimadı bərpa etməlidir. Azərbaycan tərəfinin şəffaflıq tələbləri, beynəlxalq hüquqa uyğunluğu və diplomatik yetkinliyi bu məsələdə üstünlük təşkil edir. Regionda sülh və sabitliyi qorumaq üçün bütün tərəflərin obyektiv və ədalətli mövqe sərgiləməsi, xüsusilə də hadisənin təfərrüatlarının tam araşdırılması vacibdir.

Onun sözlərinə görə, Azərbaycan bu hadisədə həm öz vətəndaşlarını qorumaq, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün göstərdiyi prinsipial mövqe ilə bir daha dövlətçilik iradəsini sübut etmişdir. Rusiyanın gələcək addımları iki ölkə arasındakı münasibətlərin istiqamətini müəyyən edəcək əsas amil olacaq.

Oxşar Xəbərlər

Back to top button