Gündəmİdman
Trend

Final oyununda ilk qol vuruldu

Ferran Torres 116-cı dəqiqədə hesabı açdı.

Aktualinfo Media Qrup “Unikal”-a  xəbər verir ki, ispanlar hesabda fərqləndi – 1:0.

*** 01:18

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda əlavə vaxt oynanılacaq.

Aktualinfo Media Qrup “Unikal”-a istinadən xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın əsas vaxtında hesab açılmadığından komandalar meydanda daha 30 dəqiqə mübarizə aparacaqlar.

Əlavə vaxtda da qalib müəyyənləşməsə, penaltilər seriyasından istifadə olunacaq.

***00:22

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.

Aktualinfo Media Qrup “Unikal”-a istinadən xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb – 0:0.

*** 23:58

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda birinci hissə başa çatıb.

Aktualinfo Media Qrup “Unikal”-a istinadən xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın ilk yarısında hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar – 0:0.

Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

***  23:05 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatında İspaniya və Argentina yığmaları arasında final oyunu başlayıb.

 

Aktualinfo Media Qrup “Unikal”-a istinadən  xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

*** 22:00

Bu gün futbol üzrə dünya çempionatının final oyununda üz-üzə gələcək İspaniya və Argentina yığmalarının start heyətləri açıqlanıb.

Aktualinfo Media Qrup “Unikal”-a istinadən xəbər verir ki, komandalar Nyu-York şəhərindəki “MetLayf” stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

İspaniya: Unay Simon, Mark Kukurelya, Emerik Lyaport, Pau Kubarsi, Pedro Porro, Rodri, Fabian Ruis, Aleks Baena, Dani Olmo, Lamin Yamal, Mikel Oyarsabal;

Baş məşqçi: Luis de la Fuenta;

Argentina: Emiliano Martines, Qonsalo Montyel, Lisandro Martines, Kristian Romero, Nikolas Talyafiko, Nikolas Qonsales, Rodriqo de Paul, Entso Fernandes, Aleksis Makallister, Xulian Alvares, Lionel Messi;

Baş məşqçi: Lionel Skaloni.

*** 09:39

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

 

Aktualinfo Media Qrup “Unikal”-a istinadən xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq. Nyu-York şəhərindəki “MetLayf” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.

Oxşar Xəbərlər

Back to top button