Siyasət

  • Dağ-mədən sənayesində yeni inkişaf strategiyası

    Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə Azərbaycanın qeyri-neft sektorunda yeni iqtisadi mərhələnin əsas istiqamətlərini müəyyənləşdirən mühüm tədbirlərdən biri oldu. Müşavirədə 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının təqdim edilməsi ölkənin zəngin mineral resurslarından daha səmərəli istifadə olunması və onların iqtisadi dəyərinin artırılması baxımından qarşıya yeni vəzifələr qoyur.

    Yeni Dövlət Proqramının əsas xüsusiyyəti xammalın sadəcə hasil edilməsi ilə kifayətlənməmək, onun ölkə daxilində daha çox emal olunaraq yüksək əlavə dəyər yaratmasına nail olmaqdır. Bu yanaşma Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və sənaye zəncirinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Proqram çərçivəsində dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər kimi müəyyənləşdirilib.

    Qarşıya qoyulan hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu məqsədlər üçün 2027–2030-cu illərdə 5,3 milyard manat investisiyanın yatırılması planlaşdırılır.

    Proqramın həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafına da mühüm təsir göstərə bilər. Yeni istehsal müəssisələrinin yaradılması, nəqliyyat və logistika xidmətlərinə tələbatın artması, yerli podratçı və təchizatçı şirkətlər üçün imkanların genişlənməsi əlavə iqtisadi fəallıq formalaşdıracaq. Bununla yanaşı, yeni iş yerlərinin açılması və ixtisaslı kadrlara tələbatın yüksəlməsi regionlarda məşğulluğun artmasına şərait yaradacaq.
    Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın sənaye potensialının möhkəmləndirilməsi ilə yanaşı, ixrac coğrafiyasının genişləndirilməsi üçün də imkanlar yaradır. “Söyüdlü”, “Ortakənd”, “Dəmirli”, “Filizçay” və digər yataqlar üzrə nəzərdə tutulan layihələr mineral ehtiyatların iqtisadi dövriyyəyə daha geniş cəlb olunmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindən biridir.

    Beləliklə, 2027–2030-cu illər üçün Dövlət Proqramı Azərbaycanın təbii sərvətlərinin iqtisadi potensiala çevrilməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əsas məqsəd hasilatı artırmaqla yanaşı, emal sənayesini, yeni dəyər zəncirlərini, ixracı və regionlarda iqtisadi fəallığı gücləndirməkdir. Bu istiqamətdə atılan addımlar dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatının mühüm dayaqlarından birinə çevrilməsi üçün zəmin yaradır.

    Aynur Mehdiyeva,
    YAP Nizami rayon təşkilatının məsləhətçisi

Qarabağ və Şərqi Zəngəzur

    Analitika
    Noyabr 7, 2026

    Arxa Cəbhənin Qəhrəmanları: Milli Həmrəylik Nümunəsi

    Vətən müharibəsində qazanılan Zəfər təkcə səngərdə döyüşən əsgərlərin deyil, həm də arxa cəbhədə gecə-gündüz çalışan milyonlarla insanın ortaq qələbəsidir. Müharibənin…
    Analitika
    Noyabr 7, 2026

    Müasir Ordu Quruculuğu: Zəfərin Hərbi Texnoloji Üstünlüyü

    44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən müasir və döyüş qabiliyyətli ordularından biri olduğunu sübut etdi. İllər ərzində…
    Analitika
    Noyabr 7, 2026

    Əbədi Zəfər: Gələcəyə Baxış və Sabitlik

    8 Noyabr Zəfər Günü sadəcə bir təqvim bayramı deyil, həm də Azərbaycanın gələcək inkişafının strateji bələdçisidir. Bu qələbə ölkəmizə regionda…
    Back to top button