Siyasət

  • ADSEA: Sürətli urbanizasiya və köhnəlmiş infrastruktur su sektorunda yeni çağırışlar formalaşdırır

    Bu gün iqlim dəyişiklikləri, sürətli urbanizasiya, əhali artımı və köhnəlmiş infrastruktur su sektorunda yeni çağırışlar formalaşdırır. Belə şəraitdə kommunal xidmət qurumları arasında əməkdaşlıq artıq seçim deyil, zərurətə çevrilib.

    Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) şöbə müdiri Riyad Axundzadə Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyası (GWOPA) çərçivəsində keçirilən su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələlərinin müzakirəsi zamanı bildirib.

    Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsirləri gündəlik həyatda və su sektorunda daha aydın hiss olunur.

    “Qeyri-sabit hava şəraitinin də iqlim dəyişikliklərinin nəticələrindən biridir. Bu çağırışlar su idarəçiliyinə daha inteqrasiya olunmuş yanaşmanı tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, təhlükəsiz içməli su və sanitariya xidmətlərinə çıxışın genişləndirilməsi, su itkilərinin azaldılması və tullantı sularının idarə edilməsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Rəqəmsallaşma, əməliyyat səmərəliliyi, təmizlənmiş tullantı və yağış sularının təkrar istifadəsi, eləcə də müasir texnologiyaların tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Əminəm ki, bugünkü görüşlər yeni tərəfdaşlıqların formalaşmasına, faydalı ideyaların ortaya çıxmasına və gələcək əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək”, – deyə Riyad Axundzadə əlavə edib.

Qarabağ və Şərqi Zəngəzur

    Siyasət
    İyul 16, 2025

    Nizami rayon ictimaiyyəti “Zəfərin izi ilə” devizi ilə Qarabağa səfər edib

    Nizami rayon ictimaiyyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycana rəhbərliyə gəlməsi…
    Analitika
    İyun 3, 2025

    Laçının yenidən qurulması təkcə Azərbaycanın deyil, bütün türk-islam aləminin qürur mənbəyidir

    2025-ci il 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ölkənin tarixində yeni bir şanlı səhifə ilə yadda qaldı.…
    Analitika
    Fevral 25, 2025

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə…
    Back to top button