Siyasət

  • Yaxın Şərqdə münaqişə başlayandan bəri qızıl 8 faiz dəyər itirib

    Yaxın Şərqdəki münaqişə başlayandan indiyədək qızılın qiyməti təxminən 8 faiz ucuzlaşıb.

    Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, münaqişə fonunda qızılın qiymətindəki dəyişkənlik davam edir. ABŞ-İran diplomatiyasının inflyasiya riskinə dair narahatlıqları azaltması ilə birjalarda qızılın qiymətində artım müşahidə olunur. Qızılın qiyməti itkilərini bərpa edir və hazırda bir troya unsiyasının qiyməti 4800 dollar civarındadır.

    Ekspertlərin fikrincə, birja ticarət fondları bu ay təxminən 25 ton qızıl alıb. Mart ayında isə satışlar təxminən 94 ton olub.

    ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırlar.

    Qeyd edək ki, martda qızılın qiyməti 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib.

Qarabağ və Şərqi Zəngəzur

    Siyasət
    İyul 16, 2025

    Nizami rayon ictimaiyyəti “Zəfərin izi ilə” devizi ilə Qarabağa səfər edib

    Nizami rayon ictimaiyyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycana rəhbərliyə gəlməsi…
    Analitika
    İyun 3, 2025

    Laçının yenidən qurulması təkcə Azərbaycanın deyil, bütün türk-islam aləminin qürur mənbəyidir

    2025-ci il 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ölkənin tarixində yeni bir şanlı səhifə ilə yadda qaldı.…
    Analitika
    Fevral 25, 2025

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə…
    Back to top button