AnalitikaGündəmSiyasət

Azərbaycan-Vyetnam Dostluğun 43-illik Ömrü

1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın inkişafına yeni təkanın verməsindən43 –il ötməsinə baxmayaraq dostluq davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin müasir geosiyasi reallıqlar fonunda daha da dərinləşdiyini göstərdi. Dövlət başçısının müsahibədə vurğuladığı əsas fikir Ulu Öndər Heydər Əliyevin və Vyetnam liderlərinin təməlini qoyduğu tarixi əməkdaşlığın bu gün yeni iqtisadi və siyasi məzmun qazanmasıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji sektorunda təcrübə mübadiləsi və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsiəsas prioritet istiqamətlər kimi önə çəkildi. Xüsusilə Cənub-Şərqi Asiya regionunun dinamik inkişaf edən dövləti olan Vyetnamla nəqliyyat-logistikavə Orta Dəhliz üzərindən tranzit əlaqələrinin qurulması tərəfdaşlığımızayeni üfüqlər açır. Müsahibədə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində hər iki dövlətin ərazi bütövlüyü və suverenlik prinsiplərinə verdiyi qarşılıqlı dəstək xüsusi qeyd olundu. Təhsil, turizm və mədəniyyət sahələrində həyata keçirilən mübadilə proqramları Azərbaycan və Vyetnam xalqlarını bir-birinə daha da yaxınlaşdıran mühimkörpü rolunu oynayır. Vaxtilə Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssisin bu gün iki ölkə arasında canlı dostluq elçiləri kimi çıxış etməsi münasibətlərimizin unikal humanitar əsasını təşkil edir. Dövlət başçısının bərpa olunan enerji və yaşıl texnologiyalar sahəsində ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırması xarici tərəfdaşlarla innovativ əməkdaşlıq üçün yeni zəmin yaradır. Bu müsahibə Azərbaycanın Asiya istiqamətində yürütdüyü fəal və çoxşaxəli xarici siyasət kursunun növbəti mühüm diplomatik təzahürü kimi yadda qaldı. Dövlətimizin beynəlxalq arenadakı bu cür uğurlu tərəfdaşlıq addımlarını cəmiyyətə dürüst, təbii və aydın dildə çatdırmağa davam edirik.

Əhməd Panayev,
Nərimanov rayon ƏPT sədri Azərbaycan Rəssamlıq Akademiyası Mülki müdafiə qərargah rəisi

 

Oxşar Xəbərlər

Back to top button