AnalitikaGündəmSiyasət

Kəlbəcər Şəhəri Günü: Diplomatiya, hərbi-siyasi iradə və regional suverenliyinzəfəri

25 noyabr Azərbaycanın müasir dövlətçilik tarixində hərbi gücün diplomatikzəfərə çevrildiyi ən mühüm siyasi mərhələlərdən biridir. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun bir güllə belə atılmadan Azərbaycan Ordusunun nəzarətinəqaytarılması təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də Cənubi Qafqazda yenigeosiyasi reallıqların rəsmi təsdiqi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən Kəlbəcər şəhəri günü bu siyasi-strateji qələbənindövlət yaddaşında əbədiləşdirilməsinə xidmət edir. Kəlbəcərin döyüşsüz azad edilməsi təsadüfi diplomatik jest deyil, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qəti üstünlüyün birbaşa nəticəsi idi. Xüsusilə Murovdağ yüksəkliklərinin azad olunması və strateji nəqliyyat dəhlizlərinə nəzarətin ələ keçirilməsi qarşı tərəfin Kəlbəcərdəki hərbi birləşmələrini mühasirə vəziyyətinə salmışdı. Azərbaycanın hərbi uğurları masa arxasında diktə edən tərəf kimi çıxış etməsini təmin etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə əsasən, işğalçı qüvvələrin Kəlbəcəri tərk etməsi rəsmiləşdirildi. Mürəkkəb dağlıq relyefdə aparılacaq mümkün hərbi əməliyyatların yaratdığı yüksək risklər siyasi-diplomatik vasitələrlə aradan qaldırıldı və Azərbaycan əsgərinin həyatı qorunmaqla strateji məqsədə nail olundu. Qarşı tərəfin müxtəlif bəhanələrlə vaxt uzatmaq cəhdlərinə baxmayaraq, rəsmi Bakının prinsipial mövqeyi prosesin yubanmasının qarşısını aldı və 25 noyabrda Azərbaycan bayrağı Kəlbəcərdə ucaldıldı.

Kəlbəcərin azad olunması Azərbaycanın milli təhlükəsizlik strategiyası və regional balansı baxımından həlledici dönüş nöqtəsi yaratdı. Kiçik Qafqazın ən mühüm strateji yüksəkliklərinin yerləşdiyi bu bölgə həm daxili təhlükəsizlik, həm də sərhəd mühafizəsi üçün açar mövqeyə malikdir. Siyasi zəfərin davamlılığı azad edilmiş ərazilərin ölkənin ümumi siyasi, iqtisadi və inzibati sisteminə sürətli reinteqrasiyasından asılıdır. Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri — Toğanalı–Kəlbəcər avtomobil yolu, Murovdağ tuneli, yeni yaşayış kompleksləri və enerji obyektləri — dövlətin bu torpaqlarda əbədi və güclü mövcudluğunun siyasi iradəsini nümayiş etdirir. Kəlbəcərin azad edilməsi sübut etdi ki, beynəlxalq hüququn kağız üzərində qalan qətnamələrini yalnız güclü dövlət iradəsi, müasir ordu və uzaqgörən diplomatiya reallığa çevirə bilər. Bu gün 25 Noyabr – Kəlbəcər şəhəri günü təkcə keçmiş zəfərin qeyd olunması deyil, həm də Azərbaycanın suveren hüquqlarının toxunulmazlığının, postmüharibə dövründə müstəqil siyasət yürütmək qabiliyyətinin və regional liderlik statusunun siyasi manifesti kimi dəyərləndirilir.

Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button