AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Vyetnam: Nəqliyyat əlaqələrinin genişləndirilməsi

Azərbaycanın coğrafi mövqeyi ölkəmizi Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir. Vyetnamın isə Asiya regionunda inkişaf etmiş istehsal və ixrac potensialı mövcuddur. Bu xüsusiyyətlər iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Orta Dəhliz Azərbaycan vasitəsilə Asiya ilə Avropa arasında yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Vyetnam məhsullarının bu marşrutdan istifadə etməklə Avropa bazarlarına çatdırılması ticarət əlaqələrinin inkişafına əlavə imkanlar yarada bilər.

Nəqliyyat əməkdaşlığının genişləndirilməsi üçün logistika şirkətləri, limanlar, dəmir yolu operatorları və gömrük qurumları arasında əlaqələrin gücləndirilməsi vacibdir. Bu istiqamətdə koordinasiya yükdaşımaların səmərəliliyini artırmağa kömək edə bilər.

Azərbaycanın liman və dəmir yolu infrastrukturu beynəlxalq tranzit imkanlarının inkişafına xidmət edir. Vyetnamla bu sahədə əməkdaşlıq ölkəmizin nəqliyyat potensialından daha geniş istifadə olunmasına şərait yarada bilər.

Nəqliyyat əlaqələrinin inkişafı Azərbaycan–Vyetnam iqtisadi münasibətlərinin gələcək perspektivlərini genişləndirir. Orta Dəhliz iki ölkənin ticarət və biznes əlaqələrini möhkəmləndirən mühüm vasitə kimi çıxış edə bilər.

Əhməd Talıbov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button