AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşanın Azadlığı: Zəfərimizin Zirvəsi

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində Şuşa əməliyyatı hər zaman müstəsna yer tutacaqdır. İşğaldan azad edilən hər bir kənd və şəhər qürur mənbəyi olsa da, Şuşanın fəthi Zəfər Gününün əsas simvoluna çevrildi. Qala şəhərin sıldırımlı qayalarını yüngül silahlarla dırmaşan igidlərimiz düşməni təşvişə saldı.

Şuşanın azad olunması xəbəri xalqımıza çatanda bütün ölkə sevinc göz yaşlarına qərq oldu. Bu qələbə həm də hərb sənətinə yeni bir səhifə yazdı, çünki ağır texnikadan istifadə etmədən əlbəyaxa döyüşlərlə belə strateji nöqtəni almaq hər ordunun işi deyil. Azərbaycan əsgəri dastan yazaraq qədim mədəniyyət mərkəzimizi azad etdi.

Şuşaya üçrəngli bayrağımızın sancılması ilə uzun illərin həsrəti sona çatdı. Prezident İlham Əliyevin “Şuşa, sən azadsan!” müjdəsi xalqımızın qəlbində silinməz iz buraxdı. Bu qələbə Zəfər Gününün məhz noyabrın 8-də qeyd olunmasının əsas səbəbi oldu.

Bu gün Şuşa öz tarixi simasını bərpa edir, yenidənqurma işləri aparılır və Azərbaycanın mədəniyyət paytaxtı kimi canlanır. Şuşa zəfəri xalqımızın əyilməz ruhunun və qələbə əzminin əbədi abidəsidir. Hər il bu günü qeyd edərkən Şuşanın azadlığı bizim ən böyük qürurumuz kimi yad edilir.

Yasəmən Səfərova,
YAP Nizami rayon təşkilatının “İ.Məmmədov küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button