AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qubadlı rayonunun rabitə və informasiya texnologiyaları infrastrukturunun qurulması

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işğaldan azad edilmiş Qubadlı rayonunda müasir rabitə və informasiya texnologiyaları infrastrukturunun qurulması təmin edilmişdir. Rayonun bütün yaşayış məntəqələrində yüksəksürətli internet, mobil rabitə və televiziya yayımı xidmətləri istifadəyə verilmişdir. Bu tədbirlər rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir.

Dövlət tərəfindən həyata keçirilən bu layihələr Qubadlıda yaşayan və işləyən vətəndaşların müasir rabitə xidmətlərinə çıxışını təmin edir. “Ağıllı kənd” və digər layihələrdə İKT sistemləri əsas idarəetmə elementi kimi tətbiq olunur. Bu isə rayonun idarə olunmasında operativliyi və səmərəliliyi artırır.

Rabitə infrastrukturu həm də dövlət qurumlarının elektron xidmətlərinin regionda tətbiqinə şərait yaradır. Qubadlı sakinləri müasir texnologiyaların imkanlarından tam şəkildə yararlana biləcəklər. Dövlət bu sahədə texniki təminat işlərini davam etdirir.

Bu rəqəmsal inkişaf Qubadlının müasir standartlara cavab verən rayon olaraq bərpa olunduğunu təsdiqləyir. İnformasiya texnologiyalarının tətbiqi regionun ümumi inkişaf tempini sürətləndirir. Qubadlı bu sahəd də qabaqcıl texnologiyalara sahibdir.

Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button