
Həm Azərbaycan, həm də Laos öz qarşılarına dayanıqlı inkişaf, yoxsulluğun azaldılması, innovativ texnologiyaların tətbiqi və iqtisadiyyatın şaxələndirilməsi kimi mühüm strateji hədəflər qoymuşdur. Oktyabrın 13-də imzalanan sənədlər və Birgə Bəyanat bu hədəflərə çatmaqda hər iki ölkənin ortaq əzmini əks etdirir.
Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və “yaşıl enerji”yə keçid dövrümüzünn ən aktual problemlərindən biridir. Azərbaycanın bu sahədə qlobal təşəbbüslərə rəhbərlik etməsi və yaşıl iqtisadiyyat quruculuğundakı təcrübəsi Laos üçün də faydalı ola bilər. Tərəflər ekoloji tarazlığın qorunması istiqamətində qlobal səylərə töhfə verməyə hazırdırlar.
Azərbaycan Prezidenti İlham Əliyev: “Gələcəyə baxanda biz həm regional, həm də qlobal səviyyədə dayanıqlı inkişafı təmin etmək üçün səylərimizi birləşdirməliyik. Azərbaycan hər zaman dost Laos ilə ortaq layihələr həyata keçirməyə hazırdır.”
Oktyabrın 13-də əldə olunan razılaşmalar və qəbul edilən sənədlər paketi gələcək illər üçün yol xəritəsini müəyyənləşdirir. Bakı və Vientian arasında formalaşan bu tərəfdaşlıq modeli qarşılıqlı etimada əsaslanan uğurlu dövlətlərarası münasibətlərin parlaq nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətilə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlər tarixində tamamilə yeni bir səhifə açmışdır. Coğrafi baxımdan uzaq məsafələrdə yerləşmələrinə baxmayaraq, bu səfər ikitərəfli əlaqələrin keyfiyyətcə yeni müstəviyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından müstəsna tarixi əhəmiyyət daşıyır.
Bu səfər Laos Prezidentinin Azərbaycana rəsmi səviyyədə ilk səfərlərindən biri olaraq ikitərəfli münasibətlərin institusionallaşmasında təməl rol oynayır.
Oktyabrın 13-də imzalanan və hər iki dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” gələcək illər üçün əməkdaşlığın hüquqi-siyasi çərçivəsini və fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.
Həm Azərbaycan, həm də Laos beynəlxalq arenada, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Səfər zamanı dövlət başçılarmıq beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqliklərini bir daha nümayiş etdirdilər.
Müasir qlobal çağırışlar və geosiyasi gərginliklər fonunda inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunmasında həmrəylik nümayiş etdirilməsi mühüm addım kimi qiymətləndirildi.
Tunar Avilov,
Nizami rayonunun fəal gənci, Bakı Dövlət Universitetinin tələbəsi



