GündəmSiyasətSosial

YAP Nizami rayon təşkilatında müşavirə keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Müşavirə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının uğurla keçirilməsi münasibətilə ərazi partiya təşkilatlarının sədrlərini və partiya fəallarını təbrik edib. O, qurultayın partiyanın qarşısında yeni və mühüm vəzifələr müəyyənləşdirdiyini qeyd edərək, Prezident, YAP sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Musa Quliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Onun sözlərinə görə, partiyanın VIII Qurultayı Azərbaycanın qarşısında duran yeni çağırışlar, əldə olunan mühüm nailiyyətlər və gələcək inkişaf perspektivləri fonunda xüsusi əhəmiyyət kəsb edir. Çıxış zamanı vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan son illərdə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə mühüm uğurlar əldə edib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin tarixində yeni mərhələnin başlanmasına səbəb olub. Bu yeni mərhələ qarşıya daha böyük hədəflər və məsuliyyətli vəzifələr qoyur.

Müşavirədə həmçinin Yeni Azərbaycan Partiyasının VIII Qurultayının iştirakçıları – SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, 32 nömrəli tam orta məktəbin direktoru Sevda Abdullayeva, partiya veteranı Edilman Məmmədov və Azərbaycan Rus İcmasının sədr müavini Vitali Kovalyov çıxış ediblər.

Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Oxşar Xəbərlər

Back to top button