
Qlobal informasiya müharibələrinin kəskinləşdiyi müasir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması ideoloji mübarizənin əsas xəttini təşkil edir. YAP VIII Qurultayında bu məsələyə xüsusi diqqət ayrılmış və ölkəmizə qarşı yönələn gibrid təhdidlərə, dezinformasiya kampaniyalarına karşı sistemli mübarizənin vacibliyi vurğulanmışdır. YAP bu müstəvidə milli hüquq və maraqların etibarlı müdafiəçisidir.
Dövlət başçısı İlham Əliyev qurultaydakı nitqində Azərbaycanın müstəqil siyasi kursuna mane olmaq isteyen bəzi xarici dairələrin və media resurslarının dezinformasiya fəaliyyətinə qarşı prinsipial mövqeyin əhəmiyyətini qeyd etmişdir. Xüsusilə Zəfərdən sonra ölkəmizə qarşı təşkil edilən ideoloji təxribatların qarşısının alınmasında partiya fəallarının, analitiklərin və media mənsublarının mütəşəkkil fəaliyyəti mühüm rol oynayır.
Rəqəmsal platformaların və sosial şəbəkələrin imkanlarından istifadə edərək obyektiv reallıqların beynəlxalq və daxili auditoriyaya çatdırılması zəruridir. Qurultayda partiyanın rəqəmsal kommunikasiya vasitələrinin yenilənməsi və strateji kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi barədə qərarlar qəbul edilmişdir. Bu addımlar operativ və faktlara əsaslanan informasiya axınını təmin edir.
Gənc nəslin informasiya gigiyenası və media savadlılığı ruhunda tərbiyə olunması, onları saxta xəbər və yad ideoloji manipulyasiyalardan qorumaq partiyanın tərbiyəvi fəaliyyətinin tərkib hissəsidir. YAP Gənclər Birliyi bu alanda fəallığını artıraraq rəqəmsal mekanda dövlətçilik mövqeyini müdafiə edən bilikli kadrların yetişdirilməsini həyata keçirir.
YAP VIII Qurultayı Azərbaycanın informasiya müstəvisində ideoloji suverenliyinin qorunması üçün yeni fəaliyyət xəttini müəyyənləşdirdi. Hücum diplomatiyası və faktlara söykənən informasiya siyasəti ölkəmizin beynəlxalq nüfuzunu qorumaqla yanaşı, daxili ideoloji sabitliyi də sarsılmaz edir. Partiya bu strateji cəbhədə ön sırada mübarizəsini sürdürür.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



