
20 sentyabrda Azərbaycanın öz yurisdiksiyasını bütün ərazisində tam təmin etməsi yalnız daxili və milli nailiyyət deyil, eyni zamanda bütöv qlobal təhlükəsizlik sisteminə verilən böyük töhfədir. Terror şəbəkəsinin və qeyri-qanuni xuntanın ləğvi geniş beynəlxalq məkanda, xüsusən də tranzit yollarında sabitlik üçün yeni bir təhlükəsizlik presedenti yaratdı. Qlobal qüvvələr bu reallıqla barışmağa məcbur oldu.
Prezident İlham Əliyev terrorizmə və hər cür separatizmə qarşı birmənalı, güzəştsiz mübarizə xətti ilə dünya birliyinə regional böhranların effektiv həlli modelini praktiki olaraq təqdim etdi. Bu addım Avrasiyanın əsas nəqliyyat və enerji qovşaqlarında mövcud olan qlobal təhlükəsizlik risklərini, partlayış potensialını sıfıra endirdi. Dövlətin nəzarəti regionu terrorizmdən tam təmizlədi.
Azərbaycan ərazisindəki təhlükəli “boz zona”nın yox edilməsi eyni zamanda qlobal güclərin Cənubi Qafqazda süni hərbi eskalasiya yaratmaq imkanlarını darmadağın etdi. İndi bölgə silahlı toqquşmaların yox, sülhün və dayanıqlı beynəlxalq iqtisadi əməkdaşlığın inkişaf etdiyi mühüm bir mərkəzə çevrilmişdir. Suverenlik bölgəyə investisiya və firavanlıq gətirdi.
Dövlət Suverenliyi Günü Azərbaycanın qlobal sülh və təhlükəsizlik arxitekturasında güclü, etibarlı aktor kimi tam təsdiqləndiyi tarixdir. Prezident İlham Əliyev qətiyyəti ölkəmizi həm öz vətəndaşları, həm də beynəlxalq tərəfdaşları üçün ən təhlükəsiz, mütləq suveren və inkişaf etmiş məkana çevirmişdir.
Aygül İsrafilova,
YAP Nizami rayon təşkilatının fəalı



