Gündəmİdman

Konfransa Liqası: “Qarabağ” bu gün pley-off oyununa çıxır

“Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Aktualinfo Media Qrup  Qaynarinfo-ya istinadən xəbər verir ki, komandamız Niderlandda “Tvente” ilə qarşılaşacaq. “De Qrolş Veste” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda – Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Konfrans Liqası

Pley-off mərhələsi

İlk oyun

20 avqust

22.00 Tvente” (Niderland) – Qarabağ (Azərbaycan)

Hakimlər: Cuxin Caca, Rejdi Avdo, Mario Shazivari, Emanuela Rusta (hamısı Albaniya)

VAR: Canluka Aureliano (Albaniya)

AVAR: Albert Doda (Albaniya)

“De Qrolş Veste”, Enşede, Niderland.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button