AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat barədə

Azərbaycan Respublikası ilə Qırğız Respublikasıarasında münasibətlər ortaq tarixi köklərə, türkdünyasının ümumi milli-mənəvi dəyərlərinə, qarşılıqlıhörmətə etimada əsaslanan qardaşlıqmünasibətlərinin uğurlu nümunəsidir. Son illər dövlətbaşçıları arasında formalaşmış yüksək səviyyəli siyasidialoq, qarşılıqlı dövlət səfərləri həyata keçirilənbirgə layihələr əlaqələrin keyfiyyətcə yeni mərhələyəyüksəldiyini, strateji tərəfdaşlıqdan müttəfiqlikmünasibətlərinə keçdiyini aydın şəkildə nümayişetdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində QırğızRespublikasına dövlət səfəri Qırğız RespublikasınınPrezidenti Sadır Japarov ilə keçirdiyi görüşlər, eləcə mətbuata verdiyi bəyanat Azərbaycan-Qırğızıstanmünasibətlərinin gələcək inkişaf istiqamətlərinimüəyyən edən mühüm siyasi hadisə kimi xüsusiəhəmiyyət daşıyır.

Son illərdə Azərbaycan ilə Qırğızıstan arasındamünasibətlər dinamik inkişaf yolu keçərək keyfiyyətcəyeni mərhələyə yüksəlib. Dövlət başçıları arasındaformalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasidialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərininsəmərəli fəaliyyəti, beynəlxalq regional təşkilatlarçərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstəkikitərəfli əlaqələrin strateji məzmununu daha da gücləndirib.

Azərbaycan Qırğızıstan iqtisadiyyatlarının bir-birinitamamlayan xüsusiyyətləri qarşılıqlı ticarətin investisiyaların artırılması üçün əlverişli imkanlaryaradır. Bu baxımdan hər iki ölkənin sahibkarlarıarasında birbaşa əməkdaşlığın təşviq edilməsi, biznesdairələri arasında davamlı tərəfdaşlıq münasibətlərininqurulması, ixrac imkanları barədə məlumatmübadiləsinin genişləndirilməsi yeni investisiyatəşəbbüslərinin dəstəklənməsi xüsusi əhəmiyyətdaşıyır. Bu addımlar biznes dairələri arasındaəməkdaşlığın intensivləşdirilməsinə, yeni istehsal logistika layihələrinin formalaşmasına əlavə imkanlaryaradacaq.

Azərbaycan Qırğızıstan Türk Dövlətləri Təşkilatıçərçivəsində sıx əməkdaşlıq edir. Son illərdətəşkilatın institusional inkişafı, iqtisadi inteqrasiyanıngenişləndirilməsi, nəqliyyat bağlantılarınınmöhkəmləndirilməsi ortaq layihələrin həyatakeçirilməsi istiqamətində irəli sürülən təşəbbüslər Bakıilə Bişkekin mövqelərinin üst-üstə düşdüyünü göstərir. Bu baxımdan Dövlətlərarası Şuranın növbəti iclasıyalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Türk dünyasında inteqrasiyanındərinləşdirilməsinə töhfə verəcək.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı əldə olunmuşrazılaşmalar, imzalanmış sənədlər səsləndirilmişstrateji mesajlar Azərbaycan-Qırğızıstanmüttəfiqliyinin daha da möhkəmlənməsinə, türkdünyasının birliyinin güclənməsinə, regional əməkdaşlığın yeni məzmun qazanmasına hər ikiqardaş xalqın rifahına xidmət edən yeni inkişafmərhələsinin əsasını təşkil edir.

 

Ramil Babayev,
YAP
Şirvan şəhər təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button