Gündəm

Mədəniyyət Günləri və Humanitar Əlaqələrin İnkişafı

Qardaş xalqlarımızın mənəvi birliyini gücləndirən ən böyük qüvvə intensiv humanitar və mədəni əlaqələrdir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı diqqət mərkəzində saxlanılan mövzulardan biri də məhz bu zəngin mədəni mübadilə prosesi olmuşdur. Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günlərinin keçirilməsi iki xalq arasında çox müsbət və doğma ab-hava yaradır.
Bu cür silsilə tədbirlər sadəcə incəsənət nümunələrinin nümayişi deyil, həm də ortaq köklərə malik xalqlarımızın nə qədər yaxın və ayrılmaz olduğunu bir daha sübut edən mühüm platformadır. Bir neçə beynəlxalq strukturda birləşən ölkələrimiz mədəniyyət vasitəsilə vətəndaşları, xüsusən də gənc nəsilləri bir-birinə daha da sıx bağlayır.
Ortaq tarixi dəyərlərin yaşadılması və təbliği humanitar siyasətimizin əsasını təşkil edir. Mədəniyyət Günləri sayəsində əldə olunan nailiyyətlər müttəfiqlik və qardaşlıq münasibətlərimizi cəmiyyətin ən geniş təbəqələrinədək çatdırır və əbədiləşdirir.

Lalə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button