AnalitikaDünyaGündəmSiyasət

Orta Asiya ilə Avropa Arasında Körpü: Azərbaycanın Rolu

Qlobal logistika və nəqliyyat marşrutlarında Azərbaycanın önəmi gündən-günə artmaqdadır. Prezident İlham Əliyev Almaniyada verdiyi bəyanatda Azərbaycanın Orta Asiya ilə Avropa arasında mühüm bir körpü rolunu oynadığını xüsusi olaraq qeyd etmişdir.
Ötən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olan ölkəmiz bu strateji coğrafiyada nəqliyyat infrastrukturunu daim təkmilləşdirir. Tranzit imkanlarının genişləndirilməsi həm region dövlətləri, həm də Avropa üçün böyük fayda gətirir.
Almaniya şirkətlərinin bu istiqamətdə qazandığı böyük uğurlar Azərbaycanla birgə fəaliyyət üçün geniş imkanlar açır. Gələcəkdə bağlantılar və tranzit imkanları ilə bağlı əməkdaşlığın daha da artacağı şübhəsizdir.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button