AnalitikaDünyaGündəmSiyasət

Qlobal İnformasiya Şəbəkəsində Azərbaycan Mətbuatı və Rəqəmsallaşma

İnformasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsallaşma dövründə Azərbaycan mətbuatı lokal çərçivələri aşaraq qlobal informasiya şəbəkəsinin ayrılmaz bir parçasına çevrilmişdir. Hazırda respublikada çoxlu sayda müxtəlif formatlı onlayn nəşrlər və internet qəzetçilik geniş şəkildə fəaliyyət göstərir və inkişaf edir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, şəffaflığın təmin edilməsində və milli həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynamalıdır. Müasir dövrdə medianın qarşısında duran əsas yeni vəzifələr sırasına qabaqcıl texnologiyaların, o cümlədən süni intellektin tətbiqi, media savadlılığının artırılması və sosial media platformalarında fəallığın gücləndirilməsi daxildir.

Bu çağırışlara adekvat cavab verən Azərbaycan jurnalistikası dezinformasiya və saxta xəbərlərə qarşı qətiyyətli mübarizə apararaq, qlobal məkanda ölkəmizin maraqlarını peşəkarlıqla müdafiə edir.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button