
Vətən müharibəsinin şəhidi Əsədli Əsəd Mahir oğlunun doğum günündə əziz xatirəsi yad edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, bu münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyub, ailə üzvləri və yaxınları ilə görüşüblər.



