AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–İtaliya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

2026-cı il mayın 4-də İlham Əliyev tərəfindən qəbul edilən və Giorgia Meloninin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verilən bəyanat Azərbaycan ilə İtaliya arasında mövcud olan yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndiyini və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi, bu səfər çərçivəsində səsləndirilən fikirlər göstərdi ki, iki ölkə arasında əməkdaşlıq yalnız iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda siyasi, humanitar, mədəni və strateji istiqamətləri də əhatə edən geniş və çoxşaxəli tərəfdaşlıq modelinə çevrilib, Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və etimada əsaslanır və bu münasibətlər bu gün artıq Avropa ilə Azərbaycan arasında körpü rolunu oynayan mühüm faktor kimi çıxış edir, o qeyd etdi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və bu fakt iki ölkə arasında iqtisadi əlaqələrin nə qədər güclü olduğunu açıq şəkildə göstərir, xüsusilə enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas sütunlarından biri kimi diqqət çəkir və Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya ixracı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, bu kontekstdə Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti xüsusi vurğulandı və bildirildi ki, bu layihə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan region üçün böyük əhəmiyyət kəsb edir, Ciorcia Meloni isə öz çıxışında Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edərək bildirdi ki, İtaliya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir və xüsusilə enerji təhlükəsizliyi məsələsində bu tərəfdaşlıq böyük əhəmiyyət daşıyır, o vurğuladı ki, Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayan ölkələrdən biridir və bu əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi planlaşdırılır, bəyanatda həmçinin qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirildi, Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan iqtisadiyyatını şaxələndirmək istiqamətində uğurlu addımlar atır və bu baxımdan İtaliya şirkətləri üçün ölkəmizdə geniş imkanlar mövcuddur, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, tikinti və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olundu, Meloni isə İtaliya iş adamlarının Azərbaycan bazarına marağının artdığını və bu istiqamətdə konkret layihələrin həyata keçiriləcəyini bildirdi, tərəflər həmçinin investisiya mühitinin yaxşılaşdırılması, qarşılıqlı sərmayələrin təşviqi və iqtisadi əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə etdilər, Prezident İlham Əliyev Azərbaycanın sabit siyasi mühitə malik olduğunu və xarici investorlar üçün etibarlı tərəfdaş kimi tanındığını vurğulayaraq İtaliya şirkətlərini ölkəmizdə daha fəal iştirak etməyə dəvət etdi, bəyanatda beynəlxalq və regional məsələlər də geniş şəkildə yer aldı, Prezident İlham Əliyev regionda davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edərək Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət barədə məlumat verdi, o, postmünaqişə dövründə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, infrastruktur layihələrinin icrası və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı məsələlərinə toxundu və bu proseslərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin əhəmiyyətini vurğuladı, Ciorcia Meloni isə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və regionda sabitliyin təmin olunması üçün atılan addımları müsbət qiymətləndirdiyini bildirdi, o həmçinin qeyd etdi ki, İtaliya bu proseslərdə Azərbaycanın tərəfdaşı olaraq müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır, humanitar sahədə əməkdaşlıq da bəyanatda xüsusi yer tutdu, qeyd olundu ki, təhsil, mədəniyyət və elm sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, iki ölkə arasında tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq elmi tədqiqatların aparılması və mədəni tədbirlərin təşkili kimi məsələlər müzakirə olundu, Prezident İlham Əliyev vurğuladı ki, xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin inkişafı dövlətlərarası əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır, Meloni isə öz növbəsində Azərbaycanın zəngin mədəni irsini yüksək qiymətləndirdiyini və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi, səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar da iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcək, ümumilikdə bu səfər və səsləndirilən bəyanat göstərdi ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və tərəflər bu əməkdaşlığı daha da gücləndirməkdə qətiyyətlidir, Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir və gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır, Ciorcia Meloni isə səfərin nəticələrindən məmnunluğunu ifadə edərək qeyd etdi ki, Azərbaycan ilə İtaliya arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf edəcək və daha geniş sahələri əhatə edəcək, o vurğuladı ki, İtaliya Azərbaycan ilə əməkdaşlığı yalnız iqtisadi sahədə deyil, həm də siyasi və humanitar istiqamətlərdə genişləndirmək niyyətindədir, nəticə etibarilə bu səfər və verilən bəyanat bir daha təsdiqlədi ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda regional və qlobal səviyyədə mühüm əhəmiyyət daşıyır və bu əməkdaşlıq gələcəkdə daha da dərinləşərək hər iki ölkənin maraqlarına xidmət edəcək, beləliklə, 2026-cı il mayın 4-də baş tutan bu rəsmi səfər və səsləndirilən bəyanat Azərbaycan–İtaliya əlaqələrinin inkişaf tarixində növbəti mühüm mərhələ kimi yadda qaldı və tərəflər arasında qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminlik yaratdı.

Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

 

Oxşar Xəbərlər

Back to top button