Azərbaycan dövləti hər zaman qonşu ölkələrlə dostluq, mehriban qonşuluq siyəti yürütmüşdür. Ölkəmizin şimal-qərb qonşusu olan Gürcüstan dövləti ilə əlaqələri bu siyasətin bariz nümunəsidir. Ölkənin yeni təyin olunan Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri baş tutub. Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İrakli Kobaxidzeni hava limanında Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb. Yanvarın 17-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü baş tutub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfər etməyinin xüsusi əhəmiyyəti var. Çünki bu, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra edilən ilk xarici səfərdir.Görüş zamanı bir sıra vacib məsələlər müzakirə olunub. Əsas diqqət iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitliyinə yönəlmişdir. Həmçinin, Gürcüstan və Azərbaycanın Avropa enerji bazarına inteqrasiyası, nəqliyyat dəhlizinin inkişafı xüsusi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Cənub Qaz Dəhlizi əsas sütun kimi dəyərləndirilib. Bu səfər əlaqələrin daha da möhkəmlənməsinə, iki ölkə arasında iqtisadi inkişafın genişlənəcəyinə müsbət təsir edəcəyini gürcü analitiklər xüsusi vurğulayıb.
Günel İbrahimli,
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi