1993-cü ilin 15 iyununda Azərbaycana rəhbərliyi öz üzərinə götürən ümummilli lider Heydər Əliyev 10 il ərzində Azərbaycanı olduqca böyük təhlükələrdən qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı və Azərbaycanı inkişaf yoluna çıxartdı. Bu gün isə bu siyasəti ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev davam etdirir. 21-ci əsrdə Azərbaycanın sosial, iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər, qələbələr Prezident İlham Əliyevin adı, yorulmaz fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çoxşaxəlidir, misilsizdir və tarixi xidmətlərdir. Son 21 ildə Azərbaycan dövləti dünyanın əksər dövlətlərinin 100 ilə keçə bilmədiyi bir inkişaf yolu keçib. Cənab İlham Əliyevin rəhbərliyi altında biz yüksək döyüş qabiliyyəti olan bir ordu yaratdıq. Cənab İlham Əliyevin 2016-cı ildə imzaladığı Strateji Yol Xəritəsində ölkəmizin inkişafı üçün mühüm olan məsələlər öz əksini tapdı. Heç şübhəsiz ki, bu fəaliyyətin, bu xidmətin ən mühümü torpaqlarımızın işğaldan azad edilməsi oldu. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Biz yüz illərdir ki, torpaqlarımızı itirə-itirə getmişik və torpaqlarımızın işğalını anım günləri ilə xatırlamışıq. Artıq bu təqvimdə bizim Zəfər günümüz var. Bəlkə də 21-ci əsrdə Azərbaycan yeganə dövlətdir ki, hərbi qələbə paradı keçirdi və bütün bunların hamısı cənab İlham Əliyevin rəhbərliyi altında baş verdi.
Həmrəylik günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvoludur. 2024-cü ildə Azərbaycan iqtisadi uğurları ilə diqqətdə oldu. Ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının vacibliyi ilə bağlı çağırışı beynəlxalq dəstək qazandı. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın bu sahədə mövcud imkanları təhlil olundu, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün mühüm imkanların yarandığı qeyd edildi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. 2024-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi. 230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edildi. Bu hədəf də açıqlandı ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.
Alidə Aslanova,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi