AnalitikaGündəmOrdu

Müharibənin ilk günlərindən böyük uğurlar qazanan ordumuzun tezliklə qələbə çalacağına heç kimin şübhəsi yox idi

44  günlük Vətən müharibəsi ərazi suverənliyimizin bərpa edilməsi ilə nəticələndi. Müharibənin ilk günlərindən böyük uğurlar qazanan ordumuzun tezliklə qələbə çalacağına heç kimin şübhəsi yox idi. Noyabr ayının 8- də Şuşa şəhərinin  düşməndən azad edilməsi rəşadətli Azərbaycan  ordusunun yenilməz olduğunu bir daha sübut etdi.  Artıq müharibənin taleyi həll edilmişdi. İki gün sonra gözlənilən an gəlib çatdı, noyabr ayının 10- da verilən üçtərəfli Bəyanatla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Ermənistan çox yaxşı başa düşürdü ki, qələbə qazanmağa heç bir şansları yoxdu. Xalqı aldatmaq üçün verdikləri uydurma xəbərlərin də  heç bir əhəmiyyəti olmadı. Ermənistan tərəfi məğlubiyyəti qəbul etməyə məcbur oldu. Nəticədə münaqişə başa çatdı, torpaqlarımız düşmən işğalından azad edildi. Bu qələbə sadəcə döyüş meydanında deyil, həm də danışıqlar masasında qazanılmışdır.

44 günlük müharibədə qazanılan qələbə ordumuzun qüdrəti, xalqımızın birliyi və Ali Baş Komandanımızın uzaqgörən, dərin siyasəti nəticəsində mümkün olmuşdur. Döyüşlərdə ordumuzun işlətdiyi yeni hərbi taktikalar dünyanın inkişaf etmiş ölkələrini belə heyran qoymuşdur. Bu taktikalar dünya hərb tarixində yenilik hesab olunur.

10 noyabr Bəyanatı ilə, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beş əsas prinsip irəli sürülmüşdür. Ermənistan üçün kapitulyasiya aktı olan bu Bəyannamə ilə Ermənistan öz məğlubiyyətini qəbul etdi. Ərazi bütövlüyümüz bərpa edilərək, tarixi ədalət  də bərpa edildi.

Damla Həsənzadə,
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin Tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button