Analitika

Uğurlu daxili və xarici siyasət

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir.Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin, Tacikstanla  ilə münasibətlərin inkişafı mühüm yer tutur.

Azərbaycan və tacik xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub.Hələ keçmiş SSRİ-nin tərkibində olan zaman hər iki ölkə müttəfiq respublika olublar. Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Hər iki xalq əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.Onu da qeyd edək ki,İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri Tacikistanda da böyük sevinclə qarşılandı. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra bu iki dövlət arasında münasibətlər həm məzmun, həm də forma etibarilə daha da  genişlənib.

Tacikistan Prezidenti Emoməli Rəhmonun 23 may tarixində geniş nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlməsi və iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması əlaqələri daha da inkişaf etdirəcək. Görüşdə Azərbaycan və Tacikstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparıldı. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənədin imzalannası ölkəmizin Tacikstanla iqtisadi potensialının daha da artırılmasına, ölkələrimiz arasında münasibətlərimizin xeyli möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir.

Aygül Abıdova,
YAP Şuşa rayon təşkilatının fəal üzvü  

Oxşar Xəbərlər

Back to top button