Azərbaycan ilə İran arasında diplomatik əlaqələr uğurla davam etdirilir

Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı ilə bağlı mərasimdə çıxış edən Prezident İlham Əliyev bu layihələrin reallaşdırılmasını mühüm tarixi hadisə kimi qiymətləndirdi.Bu gün həm İranın, həm də Azərbaycanın regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq mövqeləri var. Prezident İlham Əliyev İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün önəmli amil olduğunu xüsusi vurğuladı.
Diplomatiyanın, iqtisadiyyatın və təhlükəsizliyin bir-biri ilə sıx əlaqəli olduğu müasir dünyada Azərbaycan ilə İran arasında əlaqələr xüsusi əhəmiyyət kəsb edir.Ölkələrimiz arasında əməkdaşlıqda ilk növbədə nəqliyyat layihələri xüsusi rol oynayır. O cümlədən hazırda çox sayda ölkələr üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar İran və Azərbaycan birgə səylər göstəriblər. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir.
Bəli,hər iki dövlət qədim sivilizasiyaların və mədəniyyətlərin bir hissəsi olub, onların mədəni-tarixi irsində öz izlərini qoyub. Bu gün iki ölkə arasında münasibətlərin diplomatik aspekti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə diplomatik əlaqələr uğurla davam etdirilir. Siyasi dialoqun inkişaf etdirilməsində və əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın gücləndirilməsində qarşılıqlı maraq artan xətlə yüksəlir və bu dinamika gələcək münasibətlərin perspektivliyindən xəbər verir.
Anar Cəbizadə,
YAP Şuşa rayon təşkilatın 37 nömrəli ərazi partiya təşkilatının sədri



